Bu gün Azərbaycan II Liqasında VII tura start verilib. İlk oyun günündə üç matç keçirilib. “Şəki Siti” və “Göygöl” kollektivlərinin duelində qapılar toxunulmaz qalıb. “Quba” – “Şirvan” qarşılaşması 1:1 hesablı bərabərliklə sonlanıb. Bu nəticədən sonra xalını 16-ya yüksəldən “Şirvan” birinci pilləyə yüksəlib. “Dinamo” isə “Araz-Saatlı”ya 4:1 qalib gəlib.
VII tura sabah keçiriləcək “Ağstafa Gəncləri” – “Kür-Araz”, “Qaradağ Lökbatan” – “Ağdaş” və “Xankəndi” – “Şəmki” görüşləri ilə yekun vurulacaq. Bütün oyunlar saat 14:00-da başlayacaq.


















