Misli Premyer Liqasının IX turu çərçivəsində daha iki görüş keçirilib. “Araz-Naxçıvan” – “Sabah” qarşılaşması 2:2 hesablı bərabərliklə bitib. “Zirə” isə evdə “Sumqayıt”a 1:0 qalib gəlib. Tura sabah keçiriləcək iki matçla yekun vurulacaq. “Qəbələ” “Neftçi”ni qəbul edəcəksə, “Qarabağ” “Şamaxı” ilə üzləşəcək. Müvafiq olaraq saat 16:00 və 18:30-da başlayacaq oyunlar “CBC Sport”la canlı yayımlanacaq.















