Azərbaycanlı alpinist Elmira Aslanova İndoneziyada yerləşən Caya zirvəsini fəth edib. 4884 metr hündürlüyə malik dağa yürüş oktyabrın 21-də səhər saatlarında başlayıb və yeddi saata yaxın davam edib. Okeaniyanın ən yüksək nöqtəsi sayılan Caya dağı əhəngdaşı qayalardan ibarətdir və texniki baxımdan olduqca çətin relyefə malikdir.














