UEFA Çempionlar liqasının əsas mərhələsində III tura yekun vurulub. “Atalanta” – “Slaviya Praqa” və “Monako” – “Tottenhem” görüşlərində qapılara qol vurulmayıb. Türkiyə təmsilçisi “Qalatasaray” “Budö-Qlimt”i üstələyib. “Sportinq” “Marsel” üzərində əzmkar qələbə qazanıb. “Qarabağ”ın rəqiblərinin üzləşdiyi matçlarda “Liverpul” “Ayntraxt”ı, “Çelsi” “Ayaks”ı 5 qolla üstələyib. “Bayern Münhen” və “Real Madrid” isə yollarına itkisiz davam edirlər.

III tur

“Qalatasaray” 3:1 “Budö-Qlimt”

“Atalanta” 0:0 “Slaviya Praqa”

“Bayern Münhen” 4:0 “Brüqqe”

“Çelsi” 5:1 “Ayaks”

“Ayntraxt” 1:5 “Liverpul”

“Monako” 0:0 “Tottenhem”

“Real Madrid” 1:0 “Yuventus”

Çempionlar liqasında III turdan sonra 5 komanda maksimum nəticəyə malikdir. Belə ki, 9 xal toplayan PSJ, “Bayern Münhen”, “İnter”, “Arsenal” və “Real Madrid” ilk pillələri bölüşürlər. Azərbaycan təmsilçisi “Qarabağ” isə 6 xalla 13-cü yerdə mövqe tutub.