Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində D qrupunda 3-cü tur oyununa çıxacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Fransanın qonağı olacaq. Yığmamız tarixində üçüncü dəfə bu kollektiv ilə üz-üzə gələcək. Daha tərəflər Avro-96-nın seçmə mərhələsində qarşılaşıblar. Birinci Qarabağ müharibəsi səbəbi ilə ev matçını Türkiyənin Trabzon şəhərində keçirən Azərbaycan 0-2 uduzub. Oserdə baş tutan ikinci görüşdə isə Fransanın 10-0 hesablı qələbəsi qeydə alınıb. Bu, hələ də millimizin ən ağır məğlubiyyəti olaraq qalır.

Hazırda Fransa 6 xalla qrup liderdir. 3 xala malik İslandiya ikinci pillədə qərarlaşıb. Azərbaycan Ukrayna ilə birgə 1 xalla 3-4-cü yerləri bölüşür. Bu qrupun digər oyununda İslandiya Ukraynanı qəbul edəcək.

Qeyd edək ki, Parisdəki  “Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Norveçli Rohit Saqqinin idarə edəcəyi matç “CBC Sport”la canlı yayımlanacaq.