Azərbaycanın U-16 millisi III MDB Oyunlarında gümüş medal qazanıb.
Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda finalda Rusiya ilə üz-üzə gəlib.
Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Rusiya millisinin heyətində Klim Denisov, İvan Kuzmin və Ratmir Lukyanov fərqləndilər. Azərbaycan millisinin heyətində isə Əli Bəşirov dubl müəllifi olub.
Qeyd edək ki, bununla da III MDB Oyunlarında futbol yarışlarına yekun vurulub. Rusiya yığması turnirin qalibi olub. Belarus komandası isə bürünc medallara sahib çıxıb.


















