Misli Premyer Liqasında VI tur başa çatıb. Son oyun günündə iki matç keçirilib. “Turan Tovuz” “Azərsun Arena”da keçirilən görüşdə “Kəpəz”i 3-0 məğlub edib. İkinci qarşılaşmada isə “Sabah” və “Sumqayıt” 1-1 hesablı bərabərliyə razılaşıb.

Turnir cədvəlində 12 xal toplayan “Zirə” və “Turan Tovuz” şərikli liderdirlər. Onları 11 xalla “Sumqayıt” və “Araz-Naxçıvan” izləyir. Ehtiyatında bir oyun olan “Qarabağ” 10 xalla ilk beşliyi qapayır. 8 xallı “İmişli” və “Sabah” 6-7-ci yerləri bölüşürlər. 7 xala malik “Neftçi” 8-ci, ondan bir xal geri qalan “Şamaxı” 9-cu, 6 xallı “Karvan” 10-cu, “Qəbələ” 4 xalla 11-cidir. Xalsız “Kəpəz” isə sonuncu pillədə qərarlaşıb.