Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.
Yarımfinal mərhələsinin cavab görüşündə bir həftə əvvəl İspaniyada 1:1-lik heç-heçə edən “Arsenal”la “Atletiko Madrid” bu dəfə Londonda üz-üzə gələcək. “Topçular” 20, “matrasçılar” isə 10 ildir həlledici görüşə vəsiqə qazana bilmir.
“Arsenal” – “Atletiko” matçı bu axşam saat 23:00-da start götürəcək. Görüşü almaniyalı Daniel Zibert idarə edəcək.













