Misli Premyer Liqasında VI turun daha iki oyunu baş tutub. Şamaxı şəhər stadionunda keçirilən matçda “Şamaxı” və “Araz-Naxçıvan” 1-1 hesablı heç-heçə edib. “Neftçi” isə doğma meydanda “Karvan-Yevlax”ı qəbul edib. Görüşdə qapılara qol vurulmayıb. Tur sabah keçiriləcək “Turan-Tovuz” – “Kəpəz”, “Sabah” – “Sumqayıt” oyunları ilə davam edəcək. Müvafiq olaraq saat 16:30 və 19:00-da başlayacaq qarşılaşmalar “CBC Sport”la canlı yayımlanacaq.