Azərbaycan yunan-Roma güləş komandası Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında bu gün iki qızıl və bir bürünc medal qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli üçüncülük duelində Suner Konunova (UWW) qalib gələrək fəxri kürsüyə qalxıb.

67 kq-da yarışan Həsrət Cəfərov finalda türkiyəli Murat Fırata 7:5 hesabı ilə üstün olaraq karyerasında dördüncü dəfə Avropa çenpionu olub.

82 kq-da isə Qurban Qurbanov həlledici görüşdə Adlet Tyulbayevi (UWW) 4:2 məğlub və qızıl medala sahib çıxıb.

Beləliklə, “klassiklər”imiz aktivindəki 2 qızıl və 3 bürünc mükafatla komanda hesabında birinci yeri tutub.