Misli Premyer Liqasında VI tur start götürüb. İlk oyun günündə iki matç keçirilib. Quba şəhər stadionunda keçirilən matçda “İmişli” və “Zirə” 1-1-lik bərabərliyə razılaşıb. “Qarabağ” isə “Azərsun Arena”da “Qəbələ”ni qəbul edib və 2-0 hesablı qələbəyə sevinib. Tur sabah keçiriləcək “Şamaxı” – “Araz-Naxçıvan”, “Neftçi” – “Karvan” oyunları ilə davam edəcək. Müvafiq olaraq saat 15:30 və 19:00-da başlayacaq qarşılaşmalar “CBC Sport”la canlı yayımlanacaq.