UEFA Avropa Liqasındakı təmsilçimiz “Qarabağ”ın II təsnifat mərhələsindəki mümkün rəqibi müəyyənləşib.
Komandamız “Vestri” (İslandiya) kollektivi ilə dueldən qalib ayrılacağı təqdirdə ikinci etapda “ÇSKA Sofiya” (Bolqarıstan) – “Derri Siti” (Şimali İrlandiya) cütünün uğurlu tərəfi ilə qarşılaşacaq.
II təsnifat mərhələsinin oyunları iyulun 23-ü və 30-da keçiriləcək.


















