III MDB Oyunlarında voleybol yarışının təqvimi müəyyənləşib. U-15 qızlar arasındakı turnirdə A qrupunda Azərbaycan, Özbəkistan, Tacikistan, B qrupunda Rusiya, Belarus, Qırğızıstan yığmaları mübarizə aparacaq. Qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər (A1–B2, B1–A2). Bu oyunların nəticələrinə əsasən final və bürünc medal uğrunda görüşlərin iştirakçıları müəyyənləşəcək. Sentyabrın 29-u başlayacaq turnirdə millimizin ilk rəqibi Tacikistan olacaq. Digər matçda Belarus və Qırğızıstan üzləşəcək.

17 yaşadək oğlanlar arasında isə Azərbaycan, Özbəkistan, Rusiya, Belarus və Qırğızıstan komandaları dairəvi sistem üzrə qarşılaşacaqlar. Turnir cədvəlinin yekun nəticələrinə əsasən mükafatçılar müəyyənləşəcək. Burada mübarizəyə sentyabrın 30-u start veriləcək. Azərbaycan Qırğızıstan ilə, Rusiya isə Özbəkistanla qarşılaşacaq.