Qadınlar arasında “biq eyr” snoubordda Yaponiyadan Kokomo Murase hər kəsi qabaqlayıb. Yeni Zelandiyadan Zoi Sadovski gümüş, Cənubi Koreyadan Yu Son-Qyun bütünc medal qazanıblar.
Kişilər arasında normal tramplindən xizək tullanmasında Almaniyadan Filip Raymund fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Polşalı Kasper Tomasyak gümüş medal əldə edib. Bürünc mükatı isə Yaponiyadan Ren Nikaydo qazanıb.
3-cü yarış günündən sonra Norveç medal sıralamasına üç qızıl, bir gümüş və iki bürünc medalla başçılıq edir. İsveçrə üç qızıl, bir gümüş və bir bürünclə ikinci yerdədir. Yaponiya 2 qızıl, eyni sayda gümüş və 3 bürünc mükafatla ilk üçlüyü qapayır.
Qeyd edək ki, 22 fevralda başa çatacaq yarış İtaliyada keçirilən dördüncü Qış Olimpiya Oyunlarıdır. Turnir iştirakçıları 16 idman növü üzrə ümumilikdə 116 medal dəsti uğrunda mübarizə aparırlar.












