I Liqada III tura yekun vurulub. Son oyun günündə iki matç keçirilib. “Zaqatala” səfərdə MOİK-dən 1-0 üstün olub. “Baku Sportinq” isə doğma meydanda “Şimal”a 4-1 hesabı ilə qalib gəlib. Üç turdan sonra hərəyə 9 xal toplayan “Şəfa” və “Səbail” turnir cədvəlinə şərikli liderdirlik edirlər. Onları 7 xalı olan “Baku Sportinq” izləyir.


















