AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və bir sıra qərarlar verilib. Belə ki, Misli Premyer Liqasında V turun “Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 2000 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 28-ci dəqiqəsində “Araz-Naxçıvan”ın 5 nömrəli futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, Muxtar Respublika təmsilçisi 500 manat, Ağdam klubunun azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” 5000 manat cərimələnib.


















