Azərbaycanın FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarına təyinat alıb. O, oktyabrın 8-də, 5-ci qrup çərçivəsində Belçika – Moldova oyununun dördüncü hakimi olacaq. Umudlu oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək. Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim funksiyasını yerinə yetirəcək. Qrup mərhələsinin bütün görüşləri Belçikada keçiriləcək.














