Yeni mövsümə hazırlaşan “Qarabağ”ın Avstriyanın Tirol bölgəsində keçirəcəyi təlim-məşq toplanışı ilə bağlı dəyişiklik baş verib.

“Köhlən-atlar”ın Bolqarıstan təmsilçisi “ÇSKA Sofiya”ya qarşı yoxlama matçı ləğv edilib. İyunun 22-də Avstriyaya yollanacaq Ağdam klubu 27-si yerli “Tirol” komandası ilə üzləşəcək. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq.

Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Macarıstandan “Ferentsvaroş” ilə yoxlama görüşünün başlama vaxtı saat 20:00-a təyin edilib.