Misli Premyer Liqasının 5-ci turunda 18 qol vurulub. Baş tutan 6 oyunda orta məhsuldarlıq 3,00-ə bərabər olub. Bu, hələki mövsümün rekordudur. Cari təqvim ilində ilk dəfə orta göstərici 3,00-ə çatıb. Sonuncu dəfə bu rəqəmin 3-dən yuxarı olması ötən mövsümün 31-ci turuna təsadüf edib. 5 görüşdə 17 qolun vurulduğu turda məhsuldarlıq 3,40 olub.