“Sabah” basketbol klubunun yeni baş məşqçisi açıqlayıb. “Bayquşlar” serbiyalı mütəxəssis Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb.
1992-ci il təvəllüdlü məşqçi karyerası ərzində müxtəlif komandalarda çalışıb.
Mütəxəssis Serbiyanın “Vrşac” klubu ilə 2024/2025 mövsümündə ölkə çempionu olub.
Spasiçin son klubu Almaniya Bundesliqası təmsilçisi “EWE Baskets Oldenburg”u çalışdırıb. Onun məşqçilər korpusuna Anatoli Boysa (köməkçi məşqçi), Saşa Miliçeviç (köməkçi məşqçi) və Vlade Draşkoviç (fiziki hazırlıq üzrə məşqçi) daxil olacaq.














