UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək “Benfika” -“Qarabağ” matçının hakimləri açıqlanıb. Görüşdə ədaləti belçikalı FIFA referisi Erik Lambrexts qoruyacaq. Ona yan xətlərdə Co De Veird və Kevin Monteni kömək edəcək. Dördüncü hakim funksiyasını isə Natan Verbumen yerinə yetirəcək. Qeyd edək ki, “Benfika” – “Qarabağ” matçı sentyabrın 16-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.