Bu gün Azərbaycan milli komamdası Dünya çempionatı 2026-nın seçmə mərhələsində D qrupu çərçivəsində ikinci oyuna çıxacaq. İlk matçda İslandiyaya 0-5 hesabı ilə uduzan yığma, bu dəfə doğma Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna seçməsi ilə üzləşəcək. Baş məşqçi Fernandu Santuşla yollar ayrıldığından komandanı oyuna U-21 millisinin çalışdırıcısı olan Ayxan Abbasov çıxaracaq. Qeyd edək ki, saat 20:00-da start götürəcək Azərbaycan – Ukrayna görüşünü yunanıstanlı baş hakim Vasilis Fotias idarə edəcək. Matç “CBC Sport”la canlı yayımlanacaq.