“Vilyarreal” cari mövsümün sonunda Marselino Qarsiya Toralla yolları ayıracaq.

Kastelyon təmsilçisi 2023-cü ildən bəri kollektivi çalışdıran mütəxəssislə müqaviləni uzatmamaq qərarına gəlib.

Buna kimi 2013-2016-cı illər arasında da “Vilyarreal”ın sükanı arxasında olan Marselino klub tarixində ən çox oyun keçirən və qələbə qazanan (145) baş məşqçidir.