Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş postunu tərk edib. Bunu yığmanın dünya çempionatı 2026-nın seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı matçdan öncə keçirilən mətbuat konfransında AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib. O, Santuş ilə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini bildirib. Cahangirov həm də millinin sentyabrın 9-u Ukrayanaya qarşı görüşə Ayxan Abbasovun rəhbərliyi altında çıxacağını qeyd edib.