Tennis üzrə mövsümün sonuncu Böyük Dəbilqə turniri olan “US Open”də kişilərin mübarizəsinə yekun vurulub. Finalda dünyanın bir nömrəsi, bu mövsüm Avstraliya Qran-prisi və “Uimbldon” yarışlarının qalibi olan italiyalı Yannik Sinner və reytinq cədvəlinin ikincisi ispaniyalı Karlos Alkaras üzləşib. Cari il “Rolan Qarros” turnirində Sinneri məğlub edərək Fransa kortlarında zəfər yaşayan Alkaras bu dəfəki dueli də daha yaxşı keçirib. Yekunda 3-1 hesablı qələbə qazanan Karlos 2022-ci ildən sonra ilk dəfə ABŞ yarışında birinci olub. O, həm də karyerasında 6-cı dəfə Böyük Dəbilqə turnirində triumf yaşayıb. Bu qalibiyyətlə Alkaras Sinneri qabaqlayaraq reytinqdə birinci pilləyə yüksəlib.