“Sabah” basketbol klubu ABŞ-li oyunçu Hassani Qravetti yenidən heyətinə qatıb.

Onunla cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, daha əvvəl iki mövsüm “bayquşlar”da çıxış edən Qravett Azərbaycan Basketbol Liqasında iki dəfə müntəzəm mövsümün və bir dəfə isə final seriyasının ən dəyərli oyunçusu seçilib.