Bu gün Misli Premyer Liqasının XIII turu çərçivəsində daha iki qarşılaşma oynanılacaq.

Qərb derbisində “Turan Tovuz” və “Kəpəz” üz-üzə gələcək. Hər iki komanda bu mövsüm stabil çıxışı ilə diqqət çəkir. Tovuz klubu cari mövsüm evdə keçirdiyi 5 görüşün heç birində uduzmayıb – 4 qələbə və 1 bərabərlik. Gəncə klubunun səfər göstəricisində isə 2 qələbə və 2 məğlubiyyət var. Kurban Berdıyevin kollektivi son iki çempionat matçında “sari-göylər”ə qalib gələ bilməyib. Tovuz şəhər stadionunda oynanılacaq qarşılaşmanın başlama vaxtı saat 16:30-a planlaşdırılıb. Görüşün ədalət təmsilçisi İnqilab Məmmədovdur.

Eyni gündə keçiriləcək digər matçda “Sabah” Mərdəkanda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Bayquşlar” 10 oyundur ki, rəqibinə uduzmur. “Araz-Naxçıvan” son 3 görüşdə xal qazana bilməyib. Bakı klubu ötən həftə “Sumqayıt” üzərində 5:1-lik qələbə ilə uğursuzluq zolağından çıxsa da, Muxtar Respublika təmsilçisi bu mövsüm qələbə üzünə həsrətdir. “Sabah Arena”dakı qarşılaşmada əsas söz sahibi Vüqar Həsənli olacaq. Oyun saat 19:00-da start götürəcək.