“Barselona” klubunun rəsmi saytı komandanın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda təmsilçimiz “Sabah”la keçirəcəyi oyun üçün Bakıya gəlişini xüsusi qeyd edib. İspaniya təmsilçisi dünən axşam saatlarında ölkəmizə təşrif buyurub.

Azərbaycan paytaxtı “Barselona”nın avrokuboklar tarixində gəldiyi ən uzaq məsafədə yerləşən şəhər olub. Kataloniyalılar 3970 kilometr yol qət edib.

İndiyədək bu rekord Rusiyanın Kazan şəhərinə məxsus idi. Kazan Barselonadan 3725 kilometr məsafədə yerləşir. Pep Qvardiolanın rəhbərliyi dövründə komanda 2009 və 2010-cu illərdə qrup mərhələsi çərçivəsində ardıcıl iki mövsüm “Rubin”in stadionunda meydana çıxıb. Hər iki qarşılaşma heç-heçə ilə başa çatıb.