Azərbaycanın “LANDAU Lions” basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxacaq.

Erhan Tokerin baş məşqçi olduğu komanda VII tur çərçivəsində Slovakiya təmsilçisi “Prievidza” ilə qarşılaşacaq.

G qrupunun matçı Bakı İdman Sarayında saat 19:00-da start götürəcək.

Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 6 görüşün cəmi birində qələbə qazanmağı bacaran “LANDAU Lions” 7 xalla sonuncu – 6-cı pillədə qərarlaşıb.