“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu bu gün keçirəcək.

“Ağ-qaralar” H qrupunun VII turunda Latviyada “Riqa”nın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xatırladaq ki, əvvəlki altı oyunun birində qalib gələn, beşində uduzan “Neftçi” 7 xalla H qrupunda sonuncu pillədə qərarlaşıb.