“Gəncə” basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti görüşünü keçirəcək.
C qrupunda yer alan Murat Dikmenin komandası VII turda səfərdə Yunanıstan təmsilçisi “Kolossos”un qonağı olacaq.
Qarşılaşma Falirakidəki “Kalliteya” zalında Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 6 matçın birində qələbə qazanan Azərbaycamn təmsilçisi 6 xalla sonuncu – altıncı yerdədir. Komanda həmçinin FIBA Avropa Kubokunda səfərdə Bolqarıstanın “Rilski Sportist” klubu ilə keçirilməli olan oyuna getmədiyinə görə texniki məğlubiyyətlə (0:20) cəzalandırılıb.













