Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

III turda İslandiya seçməsinin qonağı olan yığma rəqibinə uduzub – 41:129.

Xatırladaq ki, Azərbaycan komandası daha əvvəl İrlandiya (73:91) və İsveçrəyə (33:84) məğlub olub.