Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Andorra seçməsinə qalib gəlib.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfər matçında rəqibini 3:1 hesabı ilə üstələyib.

Enkamp şəhərində təşkil olunan qarşılaşmada komandamızın qollarını Eşqin Əhmədov (2), Musa Qurbanlı (47) və Toral Bayramov (70-pen.) vurublar. Ev sahiblərinin heyətində isə Rikard Fernandes (55) fərqlənib.

Bu, kapitan Emin Mahmudov üçün Azərbaycan yığmasında sonuncu – 66-cı oyun olub.

Xatırladaq ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası oyununda səfərdə Lixtenşteyni minimal hesabla üstələyib – 1:0.