İngiltərə Premyer Liqasının XXVIII turunda “Arsenal” “Çelsi”ni 2:1 hesabı ilə məğlub edib.
Oyun Londondakı “Emirates” stadionunda baş tutub.
Vilyam Saliba (21) və Yurrien Timber (66) qələbə qollarını vurublar.
Qarşılaşmanın 70-ci dəqiqəsində “Çelsi”nin yarımmüdafiəçisi Pedro Neto ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Əlavə vaxtda “Arsenal”ın oyunçusu Pyero İnkapie öz qapısına qol vurub.
“Arsenal” yanvarın 25-dən bəri uduzmayıb. Komanda bu müddətdə 7 qələbə qazanıb və 2 heç-heçə edib. “Arsenal” İngiltərə Premyer Liqasının turnir cədvəlinə 64 xalla başçılıq edir. “Çelsi” 45 xalla altıncıdır.














