Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
D Liqasının 2-ci qrupunda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv səfərdə Lixtenşteyn seçməsi ilə üz-üzə gəlib.
Matç Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Komandamızın yeganə qolunu 26-cı dəqiqədə Mahir Emreli vurub.
Xalını 8-ə çatdıran Azərbaycan millisi qrupu birinci pilədə başa vurub.
















