Yevgeni Kukseviç futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun baş məşqçi postundan ayrılıb.

Rusiyalı mütəxəssisin yığma ilə iyulun 31-də başa çatan müqaviləsi yenilənməyib. Kukseviç həm də “Araz-Naxçıvan” klubundakı fəaliyyətini başa vurub.

Qeyd ki, Yevgeni Kukseviç 2025-ci ilin yanvarında “Araz-Naxçıvan”ın, iyununda isə milli komandanın baş məşqçisi təyin olunmuşdu. O, hər iki vəzifəni paralel olaraq icra edirdi. Çalışdırıcının rəhbərliyi altında Naxçıvan klubu ötən mövsüm Azərbaycan çempionu adını qazanmışdı.