Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb. Məsiyev, dünya çempionatının seçmə mərhələsi çərçivəsində G qrupunda keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq. Ona yan xətt hakimləri kimi Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq. Qeyd edək ki, bu oyun sentyabrın 7-də keçiriləcək.
















