“Sabah” FIBA Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Bakıda Türkiyənin “Trabzonspor” kollektivi ilə üz-üzə gələn Azərbaycan təmsilçisi 91:72 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, “bayquşlar” cari mövsüm turnirdə ilk qələbəsini Fransanın “Nanterre 92” klubuna qarşı əldə etmişdi. “Sabah” hazırda 6 xalla A qrupuna başçılıq edir.