Azərbaycan millisinin heyətində məcburi dəyişiklik baş verib.

İtaliyanın “Sampdoriya” klubunda çıxış edən 18 yaşlı Lorenzo Mezzotero son çempionat matçında zədələnərək yığmanın heyətindən çıxarılıb. Bununla da gənc futbolçunun əsas millidə debütü təxirə düşüb. Onun əvəzinə “Araz-Naxçıvan”ın futbolçusu Ağadadaş Salyanskiy milli komandaya dəvət olunub.

Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız noyabrın 13-də Lixtenşteynlə, 16-da isə Andorra ilə qarşılaşacaq.