Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA-dan təyinat alıb

O, UEFA Gənclər Liqası çərçivəsində İspaniyada yerli “Vilyarreal” və Fransanın PSJ klublarının U-19 komandalarının oyununda iş başında olacaq. Umudluya Vüsal Məmmədov və Rəhman İmami kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını ispaniyalı Borxa Qixarro Kolomer yerinə yetirəcək.

Xatırladaq ki, “Vilyarreal” – PSJ görüşü oktyabrın 3-ü saat 16:00-da start götürəcək.