Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.

Son yarış günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. 92 kq-da yarışan Ali Tsokayev üçüncülük uğrunda dueldə iranlı Amirhosseyn Firuzpurbandpeyə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Turniri 2-si qızıl, 2-si gümüş, 4-ü bürünc olmaqla 6 medalla başa vuran Azərbaycan millisi komanda hesabında 4-cü yeri tutub.