Formula 1 üzrə dünya çempionatında daha bir mərhələ başa çatıb. Meksikada keçirilən etap gərginliyi ilə diqqət çəkib. Sürücülərdən üçü yürüşü yarımçıq dayandırıb. Digər pilotlar isə mübarizəni davam etdiriblər. Yekunda bütün rəqiblərini qabaqlayan “Redd Bull”un üzvü Maks Ferstappen çempion olub. “Ferrari”dən Lyuis Hemilton ikinci yeri tutub.
Finişə üçüncü çatan isə “Mersedes”in üzvü Andrea Kimi Antonelli olub. Xallarının sayını 380-ə çatdıran Antonelli mövsümün qalibi adına sahib çıxıb. 20 yaş, iki ay 7 günlüyündə bunu bacaran sürücü ən gənc çempion kimi tarixə düşüb. Bundan başqa, 1953-cü ildən bəri davam edən italiyalı sürücülərin çempionluq həsrəti də başa çatıb. Hazırda iknci sıradakı Ferstappenin 261, 3-cü pillədəki Hemiltonun 259 xalı var.
Konstruktorların yarışında “Mersedes” 630 xalla liderdir. “Ferrari” 504 xalla 2-ci, “Red Bull” 380 xalla 3-cüdür. Növbəti mərhələ bu həftənin sonu Braziliyada keçiriləcək.













