Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” klubu “Çelenc Kuboku”nun 1/32 final mərhələsində ilk oyununa çıxıb.

Komandamız Danimarka səfərində “Holte” kollektivi ilə üzləşib. Görüş “DH Volley”in 3:1 hesablı qələbəsi ilə bitib.

Tərəflərin cavab matçı noyabrın 5-də keçiriləcək.