“Sabah” cari mövsüm FIBA Çempionlar Liqasında ilk qələbəsini qazanıb.
A qrupunda yer alan təmsilçimiz III turda Fransanın “Nanterre 92” klubu ilə üzləşib.
Görüş “Sabah”ın 87:80 hesablı qalibiyyəti ilə yekunlaşıb. Xatırladaq ki, son Azərbaycan çempionu ilk iki turda “Ritas”a (Litva) və “Trabzonspor”a (Türkiyə) uduzmuşdu.











