Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir. Bu gün turnirrdə yunan-Rom növü üzrə yarışa yekun vurulub.

63 kq-da finala çıxan Nihat Məmmədli həlledici dueldə ermənistanlı Karen Aslanyana uduzaraq ikinci olub. 67 kq-da Həsrət Cəfərov bürünc medal uğrunda dueldə Qazaxıstandan Baqdat Sabazla bacarmayıb.

Xatırladaq ki, buna kimi yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb. Milimiz 3 mükafatla ümumi sıralamada 104 xalla ikinci yeri tutub.