“Baku Crystal Hall”da FIFA U-15 Dünya Çempionatı və Festivalının açılış mərasimi keçirilib.

Tədbiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və FIFA prezidenti Canni İnfantino da izləyiblər.

Ardında Azərbaycanın U-16 millisi yarışda ilk oyununa çıxıb. Komandamız Timor-Leste seçməsini 6:0 hesabı ilə məğlub edib.