Misli Premyer Liqasında IX tura iki oyunla start verilib.

Şamaxı şəhər stadionunda keçirilən matçda “Qəbələ” “Araz-Naxçıvan”a 2:1 qalib gəlib. Bu, şimal təmsilçisinin baş məşqçi Yeton Bekirinin rəhbərliyi altında ilk qalibiyyəti olub. “Qəbələ” 7 xalla 9-cudursa, 2 xalı olan “Araz-Naxçıvan” sonuncu yerdədir.

Günün ikinci görüşündə “Zirə” “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edib. Beş oyunluq qələbəsizlik seriyasını qıraraq xalını 15-ə çatdıran Bakı klubu 4-cü sıradadır. Dörd turdan sonra ilk dəfə uduzan “kimyaçılar” isə 8 xall a 8-ci yerdə mövqe tutub.