“Sumqayıt” növbəti transferini açıqlayıb. Höccət Haqverdi yenidən “kimyaçılar”ın uğuru üçün çalışacaq. 32 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında 3 nömrəli formanı geyinəcək. Xatırladaq ki, Haqverdinin son klubu “Neftçi” olub. Bundan əvvəl isə futbolçu 2021–2023-cü illərdə “Sumqayıt”ın formasını geyinib.


















