“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Naxçıvan təmsilçisi burundili Abdallah Sudi ilə anlaşıb. Mərkəz hücumçusu ilə imzalanan müqavilənin müddəti 1 ildir.

O, müxtəlif illərdə “Vital O”, “Kiqali”, “Al-Faisaly”, “Muktijoddha”, “Əl-Naft”, “Kuçinq”, “Əl Əttihad”, PSİS klublarında çıxış edib. Futbolçu son mövsümü İndoneziyanın “Persijap” komandasında keçirib. Konqo Demokratik Respublikasının vətəndaşlığını da daşıyan forvard 2022-ci ildə Burundi millisinin 13 oyunda formasını geyinib və 3 qol vurub.

Sudi artıq komanda ilə birgə məşqlərə başlayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Artur Auqusto Da Silva, Mara Mohamed, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.