UEFA Çempionlar Liqasındakı yeganə təmsilçimiz “Sabah” bu gün liqa mərhələsinin üçüncü turu çərçivəsində “Borussiya Dortmund”la qarşılaşacaq.

Matç Bakı Olimpiya Stadionunda keçiriləcək. Saat 20:45-də başlanacaq görüşü ispaniyalı referi Xavier Alberola Roxas idarə edəcək.

Qeyd edək ki, aktivində 3 xal olan “Sabah” buna kimi “Mnaçester Yunayted”ə 0:4 hesabı ilə uduzubsa, ikinci turda doğma meydanda “Slaviya Praqa”nı məğlub edib.